EN

Ruben Vardanyanın məhkəməsi dekabrın 30-da davam etdiriləcək

Bakı. Trend:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıqəleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələrilə və digər ağırcinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı RubenVardanyanın barəsində cinayət işi üzrə dekabrın 26-na təyin olumuşməhkəmə prosesi təxirə salınıb.

Trend xəbər verir ki, bunasəbəb təqsirləndirilən şəxsin müdafiəçisi Emil Babışovun məhkəməyəmüraciət edərək, özünün səhhətində yaranmış problemlə bağlıməhkəmənin təxirə salınmasını xahiş etməsidir.

Məhkəmə vəkilin müraciətini nəzərə alıb.

Növbəti məhkəmə iclası dekabrın 30-na təyin edilib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburiköçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını vəadətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr vəqurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma vəgəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdidyaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onuzorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və ya qrupları yaratma) və 318.2-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələriilə ittiham olunur.

Trendxatırladır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq,terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilətəqsirləndirilən, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsindəbaşlanılmış cinayət işinin ibtidai istintaqı AzərbaycanRespublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılmışdır.

Chosen
41
12
az.trend.az

10Sources