EN

Növbəti köç karvanı Hadrut qəsəbəsinə çatdı – VİDEO

Dekabrın 26-da doğma yurduna yola salınan köç karvanı Hadrut qəsəbəsinə çatıb.

Bizim.Media xəbər verir ki, bu mərhələdə Xocavəndin Hadrut qəsəbəsinə köçürülən 51 nəfərdən ibarət 13 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Chosen
500
9
bizim.media

10Sources