EN

Bakı məktəblərində müəllimlərin orta maaşı AÇIQLANIB

Bakıda müəllimlərin orta aylıq əməkhaqqısı 1088 manat olub

AzEdu.az xəbər verir ki, 2025-ci təqvim ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 1088 manat təşkil edib.

Məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əmək haqqı isə 590 manat olub. Bu göstəricilər, həm ümumi təhsil müəssisələrində, həm də məktəbəqədər təhsil sahəsində çalışan təhsil işçilərinin əməkhaqqı səviyyəsini əks etdirir.

Chosen
51
7
azedu.az

10Sources