EN

“Qara bazar”ın yaranmasına imkan verməməliyik Naqif Həmzəyev

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dəyişiliklərin tətbiq edilməsi ilə “Qara Bazar”ın formalaşması riskləri böyükdür. Bunun qarşısını almaq üçün sahibkarların anbarlarında qalacaq məhsulların alınması və ya onlara dəymiş ziyanın bir hissəsini kompensasiya olaraq ödənilməsidir.

Gununsesi.info-nun məlumatına görə, bunu Milli Məclinin bugünkü plenar iclasında deputat Naqif Həmzəyev “Tütün və tütün məmulatları haqqında” qanun layihəsi haqqında danışarkən deyib.

Deputat qeyd edib ki, bundan başqa sahibkarların sata bilmədikləri məhsulların əlavə gömrük ödənişləri olmadan başqa ölkələrə göndərilməsinə və ya aldıqları yerə qaytarılmasına imkan vermək olar.

“Həmçinin, Qanunun 5-ci maddəsində nəzərdə tutulan müddətin uzadılması ilə sahibkarların sifariş etdikləri məhsulun “qara bazar”a çıxışının qarşısını almaq olar. Ancaq bu zaman da müddətin uzadılmasından süni istifadəyə imkan verməməliyik.

Eyni zamanda qanunvericilikdə dəyişilik olacağını bilən sahibkarların prosesdən süni istifadə edərək çox sayda sifariş vermə hallarınıda nəzərə almaq lazımdır. Gömrük komitəsi və digər orqanlar bununla əlaqədar nəzarət mexanizmlərini gücləndirməlidirlər.

İstənilən halda insanları zəhərləyən bu məhsulların “qara bazarı”nın yaranmasına imkan verməməliyik” – N. Həmzəyev qeyd edib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
icma.az

1Sources