EN

Şəmkirdə şəhid övladları üçün bayram şənliyi təşkil olunub

Şəmkir, 26 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Şəmkirdə şəhid övladları üçün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şənlik keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən tədbirdə şəhid ailələrinin bayramı təbrik edilib, onların daim dövlətin qayğısı ilə əhatə olunduqları bildirilib.

Uşaqlar Yeni il bayramının personajları olan Şaxta baba və Qar qızla şən musiqi sədaları altında rəqs edib, şeirlər söyləyib, mahnılar oxuyub, müxtəlif nağıl qəhrəmanları ilə xoş zaman keçiriblər.

Sonda uşaqlara bayram hədiyyələri verilib.

Chosen
19
1
azertag.az

2Sources