Bakı. Trend:
Türkiyədə xüsusi xidmət orqanları Yeni il bayramı ilə bağlıkütləvi tədbirdə terror aktı törətməyi planlaşdıran İŞİD üzvünühəbs edib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, İbrahim Burtakuçin adlı həmin şəxs polis vəəks-kəşfiyyat idarəsi əməkdaşlarının Malatya şəhərində birgəkeçirdiyi əməliyyatın gedişində saxlanılıb.
Ünvanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı adı çəkilənşəxsə aid İŞİD təbliğatına aid rəqəmsal materiallar və qadağanolunmuş nəşrlər aşkarlanıb. Müsadirə olunan materiallar arasındaİŞİD-ə aid proqram təminatları, İŞİD bayrağı ilə bağlı görüntürlə,həmçinin İŞİD sıralarına qoşulmağa təşviq edən təbğliğat xarakterliaudifayllar və s. əyani sübutlar yer alır.
Xatırladaq ki, dekabrın 25-də İstanbul polisi bayram günlərindəölkədə terror aktları planlaşdırmaqda şübhəli bilinən 115 nəfərisaxlamışdı.