EN

Bankların kredit kampaniyaları

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bayram münasibətilə bir çox bank kredit kampaniyası elan edib. Daha sərfəli şərtlərlə kredit əldə etmək istəyirsinizsə, hansı bankların kampaniyası var məqalədən öyrənə bilərsiniz.

ABB

Bank arzularınızı 2026-cı ildə həyata keçirməyiniz üçün nağd kreditə 6%-dək endirim edib.

  • Digər bank kreditlərinizi ABB-dən əldə etdiyiniz kreditlə bağladıqda 4%-dək endirim;
  • ABB-də ilk dəfə kredit alan, son 90 gün ərzində aktiv və ya bağlı krediti olmayanlar müştərilərə isə əlavə 2%-dək də endirim olmaqla;

Kreditin illik faiz dərəcəsinə toplam 6%-dək endirim əldə edəcəksiniz. Üstəlik, rəqəmsal kanallar vasitəsilə 31 dekabra qədər nağd krediti komissiyasız sifariş edə biləcəksiniz. Kampaniya müddəti: 18 dekabr 2025 – 31 yanvar 2026

Bank VTB Azərbaycan

Hazırda bankda mikro kreditdə "0% komissiya" kampaniyası mövcuddur. 30 000 manatadək kredit zaminsiz və girovsuz, illik faiz dərəcəsi 18%-dən başlayaraq təklif edilir. 

Accessbank

İndi vergi, gömrük, təhsil və tibbdə çalışan hər kəs bankdan 7%-dək endirimlə nağd kredit əldə edə bilər. Kampaniya 30 dekabr tarixinədək keçərlidir.

Expressbank

Digər banklarda olan kreditinizi Expressbanka komissiyasız gətirərək 3%-dək endirim fürsətindən faydala bilərsiniz.

  • Müddət: 3-59 ay
  • Minimal xalis gəlir: 351 AZN
  • FİFD: min. 13,9 % - maks. 36,6 %
  • Ərizəçinin yaşı: 20 - 65 (kreditin bitmə tarixinədək)
  • Əsas məbləğ üzrə ödəniş: 2 ay sonra
  • Komissiya: 0%

Yelo Bank

1. Bankda 31 yanvar 2026-cı il tarixinədək qızıl təminatlı nağd pul krediti aylıq cəmi 1%-dən təklif olunur. 

2. Digər kampaniya ilə illik cəmi 9%-dən başlayan 50 000 AZN-dək nağd pul krediti 59 ayadək ödəmə imkanı ilə əldə edə bilərsiniz. Kampaniya 30 dekabradək keçərlidir.

PAŞA Bank

Banda biznes kreditində sahibkarlar üçün bayram imkanı var. İllik cəmi 12%-dən başlayan faiz dərəcəsi və 0,3%-dən başlayan komissiya ilə.

Kampaniya 30 dekabradək etibarlıdır.

Azər Türk Bank

ATB-də 30 dekabradək illik 9.9%-dən başlayaraq komissiyasız və zaminsiz 40 000 AZN-dək nağd kredit əldə edə bilərsiniz.

Kapital Bank

Birbank digər banklarda kredit öhdəliyi olan müştərilər üçün əsl bayram hədiyyəsi edir.  Belə ki, indi digər banklardakı kreditlərini Birbank-a gətirən hər kəs təyin olunan kredit faizinə 3% endirim qazanır. 15 yanvar tarixinədək davam edən kampaniya 13 aylıq və daha çox müddətə rəsmiləşdirilən kreditlərə şamil edilir.

Xalq Bank

31 dekabradək rəsmi avtodilerlərdən alınan avtomobillər üçün Xalq Bankın sərfəli şərtlərlə avtokredit məhsulundan yararlana bilərsiniz.

Kredit müddəti 1-12 ay - illik 12%,

Kredit müddəti 13-24 ay - illik  13%,

Kredit müddəti 25-59 ay - illik 14%

Yapı Kredi Bank

Bank Yeni il üçün istehlak kredit kampaniyasına start verib. Yeni il kampaniyası çərçivəsində 30,000 AZN-dək məbləğdə və 12 aya qədər müddətli istehlak kreditləri illik 11% faiz dərəcəsi ilə, komissiya isə 1% olmaqla müştərilərə təqdim ediləcək. Kampaniya 31 dekabradək müraciət edən müştərilərə şamil edilir.

Kampaniya restrukturizasiya, avto, təminat qarşılıqlı, ipoteka, həmçinin standartdan kənar əlavə ehtiyat ayrılaraq rəsmiləşdirən kreditlərə şamil edilmir.

Premium Bank

Yeni il arzularını reallaşdırmaq üçün Premium Bank-ın endirilmiş faiz dərəcələri ilə nağd kredit imkanından yararlana bilərsiniz. Kampaniya yalnız yeni müştərilər üçün keçərlidir və 28 dekabr tarixinədək qüvvədədir.

AFB Bank

31 dekabradək AFB Bank yeni müştəriləri üçün xüsusi “Xoş Gəldin” kampaniyasına start verib. Kampaniya çərçivəsində bankdan ilk dəfə kredit götürən müştərilər üçün 2%-dək endirim və 0%-dən başlayaraq komissiya tətbiq olunur. Bu kampaniya yeni müştərilərə daha sərfəli maliyyə imkanları yaradır və kreditin ümumi xərclərini azaldır.

  • İllik faiz dərəcəsi: 10.5%-dən başlayaraq
  • Müddət: 3 / 59 ay
  • Valyuta: AZN
  • Məbləğ: 50 000 manatadək

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
21
banco.az

1Sources