EN

Pirotexniki vasitələr satan daha 4 nəfər saxlandı


Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxt və bölgələrdə təşkil olunan tədbirlər nəticəsində pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 4 nəfər müəyyən edilərək saxlanılıb. Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması sahəsində tədbirlər davam etdirilir.

ZÜMRÜD

Chosen
23
31
baki-xeber.com

10Sources