EN

Prezidentin Sərəncamı Naxçıvanda 2900 ailəni əhatə edəcək

Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” 2025-ci il 22 dekabr tarixli Sərəncamı Naxçıvan Muxtar Respublikası üzrə hazırda ünvanlı sosial yardımla təmin olunan təqribən 2900 ailəni (12840 nəfər) əhatə edəcək və birdəfəlik maddi yardım bayram ərəfəsində onların maddi təminatına dəstək olacaq.

Bu barədə News365.az-a Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, nazirlik tərəfindən birdəfəlik maddi yardım ünvanlı sosial yardım alan ailələrin hesablarına köçürüləcək.

Xatırladaq ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, 2025-ci il dekabrın 30-u tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Chosen
13
8
news365.az

10Sources