EN

Prezidentin Sərəncamı Naxçıvanda 2900 ailəni əhatə edəcək

Naxçıvan, 23 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” 2025-ci il 22 dekabr tarixli Sərəncamı Naxçıvan Muxtar Respublikası üzrə hazırda ünvanlı sosial yardımla təmin olunan təqribən 2900 ailəni (12840 nəfər) əhatə edəcək və birdəfəlik maddi yardım bayram ərəfəsində onların maddi təminatına dəstək olacaq.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, nazirlik tərəfindən birdəfəlik maddi yardım ünvanlı sosial yardım alan ailələrin hesablarına köçürüləcək.

Chosen
20
8
azertag.az

10Sources