EN

Ankarada küçəyə Üzeyir Hacıbəylinin adı verildi

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin Ankara Musiqi və Gözəl Sənətlər Universiteti ilə birgə layihəsi əsasında Universitetin daxili küçəsinə dahi Üzeyir Hacıbəylinin adı verilib.

Kulis.az xəbər verir ki, Üzeyir Hacıbəylinin 140 illik yubileyi, onun zəngin irsinin təbliği məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, xarici ölkələrdəki Azərbaycan Mədəniyyət Mərkəzləri ilə ortaq layihələr həyata keçirməkdədir.

Qeyd edək ki, bu gün Ankara Musiqi və Gözəl Sənətlər Universiteti ərazisində Üzeyir Hacıbəyli küçəsinin açılışı, eləcə də universitetdə Azərbaycan Mədəniyyət Mərkəzinin Üzeyir Hacıbəyli yaradıcılığına dair hazırladığı konsert proqramı təqdim olunacaq.

Chosen
61
26
kulis.az

10Sources