EN

"Nazar Holdings" Gürcüstanda "Ferrari"nin rəsmi avtosalonunu açdı

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

"Nazar Holdings" tərəfindən Gürcüstanda ilk rəsmi "Ferrari" avtosalonunun — Ferrari Tbilisi — açılışı Tbilisidə baş tutub.

Açılış mərasimində Gürcüstanın Baş naziri Irakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze, İqtisadiyyat və Dayanıqlı İnkişaf Naziri Mariam Kvrivishvili , dövlət qurumlarının nümayəndələri və iş adamları iştirak ediblər. Baş nazir çıxışında "Ferrari" kimi qlobal brendin Gürcüstana daxil olmasını ölkədə mövcud olan əlverişli biznes və investisiya mühitinin göstəricisi kimi qiymətləndirib.

"Ferrari Tbilisi" avtosalonu "Ferrari"nin qlobal standartlarına uyğun şəkildə fəaliyyət göstərəcək və müştərilərə satış, satışsonrası xidmət və orijinal ehtiyat hissələri təqdim edəcək.

Chosen
9
6
turkic.world

7Sources