EN

Hansı banklarda uşaqlar üçün kart var? – Araşdırma

Araşdırma: Gülnar Əhmədli, Banco.az

Junior kartlar bankların uşaqlar üçün yaratdığı xüsusi kartlardır. Bu kartlar uşaqlara pul xərcləməyi və qənaət etməyi öyrətmək üçün nəzərdə tutulub. Kart valideynin hesabına bağlı olur və valideyn uşağın xərclərinə nəzarət edə bilir. Beləliklə, uşaqlar təhlükəsiz şəkildə kartdan istifadə etməyi öyrənirlər.

Junior kartların əsas üstünlüklərindən biri uşağın maliyyə məsuliyyətini erkən yaşda dərk etməsidir. Uşaqlar kart vasitəsilə gündəlik xərclərini planlamağı, balansı yoxlamağı və pullarını düzgün idarə etməyi öyrənirlər. Bu da onların gələcəkdə maliyyə baxımından daha məsuliyyətli olmasına kömək edir.

Ölkə banklarında da bu kartlar mövcuddur. Həmin kartları araşdırdıq. Bu kartlar 18 yaşa qədər təqdim edilir. İstifadə müddəti isə 1 ildən 7 ilə qədər dəyişir. Bir neçə bankda kart pulsuzdur. Digərlərində isə 25 AZN-ə qədər qiymət mövcuddur. Kartların bir üstünlüyü də keşbek imkanının mövcud olmasıdır. ABB, AccessBank, Azər Türk Bank, Leobank və Rabitəbank uşaq müştəriləri üçün keşbek təqdim edir. Daha ətraflı məlumatı infoqrafikdən əldə edə bilərsiniz. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
23
1
banco.az

2Sources