EN

Türkiyədəki bu küçəyə dahi Üzeyirin adı verildi - FOTOLAR

Ankarada Musiqi və Gözəl Sənətlər Universitetinin daxili küçəsinə dahi Üzeyir Hacıbəylinin adı verilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün açılış məqsədilə universitetdə Azərbaycan Mədəniyyət Mərkəzinin Üzeyir Hacıbəyli yaradıcılığına dair hazırladığı konsert proqramı təqdim olunacaq.

Qeyd edək ki, dahi Azərbaycan bəstəkarı, Türk dünyası musiqisinin zirvəsi Üzeyir Hacıbəylinin 140 illik yubileyi Azərbaycanla yanaşı, bütün dünyada geniş qeyd olunur.

"Cebheinfo.az"

Chosen
53
12
cebheinfo.az

10Sources