Olaylar.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli jurnalistlərə açıqlamasında deyib.
"Bu baxımdan "Media Savadlılığı" Həftəsi ərzində silsilə tədbirlərimiz həyata keçirilib. "Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı" mövzusunda keçirilən konfransa isə 500-ə yaxın iştirakçı qatılıb. Ümumilikdə isə il ərzində Azərbaycanın müxtəlif bölgələrində, orta məktəbləri və ali təhsil müəssisələrini əhatə edən media savadlılığı proqramımız icra olunub. Bu proqram çərçivəsində ümumilikdə 5 mindən çox gənc maarifləndirmə tədbirlərində iştirak edib.
Düşünürük ki, cəmiyyətin media savadlılığı səviyyəsinin yüksəldilməsi prioritetdir və biz bu istiqamətdə sistemli fəaliyyətimizi davam etdirməliyik",-deyə N.Məmmədli vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31