EN

Ankarada bu küçəyə dahi Üzeyir Hacıbəylinin adı verilib

Yazını böyüt
Yazını kiçilt

Dahi Azərbaycan bəstəkarı, Türk dünyası musiqisinin zirvəsi Üzeyir Hacıbəylinin doğumunun 140 illik yubileyi Azərbaycanla yanaşı, bütün dünyada geniş qeyd olunmaqdadır. Üzeyir Hacıbəylinin 140 illik yubileyi, onun zəngin irsinin təbliği məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, xarici ölkələrdəki Azərbaycan Mədəniyyət Mərkəzləri ilə ortaq layihələr həyata keçirməkdədir.

Hafta.az xəbər verir ki, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin Ankara Musiqi və Gözəl Sənətlər Universiteti ilə birgə layihəsi əsasında Universitetin daxili küçəsinə dahi Üzeyir Hacıbəylinin adı verilib.

Bu gün Ankara Musiqi və Gözəl Sənətlər Universiteti ərazisində Üzeyir Hacıbəyli küçəsinin açılışı, habelə Universitetdə Azərbaycan Mədəniyyət Mərkəzinin Üzeyir Hacıbəyli yaradıcılığına dair hazırladığı konsert proqramı təqdim olunacaq.

Chosen
59
26
hafta.az

10Sources