09 yanvar 2026-cı il tarixində "BOA Agency” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Marja xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. 2025-ci ilin maliyyə yekunlarının müzakirəsi.
2. Dividendlə bağlı məsələlərin müzakirəsi.
3. Cari məsələlər.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanında yerləşən ofisində, Hüquq şöbəsi ilə əlaqə saxlamaqla şəxsən yaxud etibarnamə əsasında nümayəndə vasitəsilə tanış ola bilərlər.