EN

"Azercell"in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunları keçirilib - FOTOLAR

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin tərəfdaşlığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində növbəti Uşaq Paralimpiya Oyunları baş tutub.

"Unikal" xəbər verir ki, bu il Paralimpiya Oyunları daha geniş miqyasda təşkil olunub. Oyunlarda 8 idman növü üzrə 130 uşaq paralimpiyaçı iştirak edib. Yarışlar paracüdo, parastolüstü tennis, parataekvondo, paraüzgüçülük, parapauerliftinq, parabadminton, parakamandan oxatma və boccia üzrə müxtəlif kateqoriyalarda keçirilib. Sonda qaliblər mükafatlandırılıb.

Uşaq Paralimpiya Oyunlarının əsas məqsədi ölkədə inklüziv idmanın inkişafı üçün münbit şərait yaratmaq, sağlamlıq imkanları məhdud uşaqların potensiallarını reallaşdırmaq və yeni paralimpiyaçı nəslinin yetişdirilməsinə töhfə verməkdir.

“Azercell Telekom” MMC 2014-cü ildən etibarən Uşaq Paralimpiya Hərəkatını dəstəkləyir. Şirkətin davamlı dəstəyi sayəsində Uşaq Paralimpiya Komitəsinin fəaliyyət dairəsi genişlənib və yüzlərlə uşaq idmanla məşğul olmaq imkanı əldə edib. Bu təşəbbüs ölkədə Paralimpiya Hərəkatının inkişafına töhfə verməklə yanaşı, uşaqların fiziki və psixoloji inkişafına, motivasiyasının artmasına və sosial inteqrasiyasının güclənməsinə müsbət təsir göstərib.

 

Chosen
20
13
unikal.az

10Sources