EN

Cinayətkar dəstə üzvünə 1335 il həbs cəzası verildi

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Salvadorda regionun ən təhlükəli dəstələrindən biri olan “MS13”ün üzvü 1335 il müddətinə azadlıqdan məhrum edilib.

525.az xəbər verir ki, bu barədə Salvador Baş Prokurorluğu məlumat yayıb.

Prokurorluq sosial şəbəkə hesabında mütəşəkkil cinayətkarlıqla mübarizə çərçivəsində verilən cəzalarla bağlı paylaşım edib. Açıqlamada bildirilir ki, 2014-2022-ci illər arasında törətdikləri müxtəlif cinayətlərə görə "MS13"ün 248 üzvü müxtəlif müddətlərdə həbs cəzası alıb

Bəyanatda qeyd olunub ki, bir dəstə üzvü 1335 il, digər 10 nəfər isə 463 ildən 958 ilə qədər həbs cəzası alıb. Məhkum edilmiş müttəhimlərə qarşı ittihamlar arasında qətl, zorla yoxa çıxma və hədə-qorxu ilə tələb etmə kimi ağır cinayətlər var.

Salvador hökuməti mütəşəkkil cinayətkarlıqla mübarizəni davam etdirmək əzmində olduğunu bəyan edib.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
54
525.az

1Sources