EN

PSJ Enrikeyə ömürlük müqavilə təklif edir

PSJ baş məşqçisi Luis Enrike ilə bağlı sensasion qərar verməyə hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, Paris klubu 55 yaşlı ispaniyalı mütəxəssisə ömürlük müqavilə təklif etməyi planlaşdırır.

Rəhbərlik Enrikeni komanda üçün ideal seçim hesab edir və ona yüksək maliyyə şərtləri təqdim etməyə hazırdır.

Qeyd edək ki, 2023-cü ildən PSJ-ni çalışdıran Enrikenin mövcud müqaviləsi 2027-ci ilə qədərdir və o, bu müddətdə Fransa çempionluğu, ölkə kubokları, eləcə də Çempionlar Liqası ilə Qitələrarası Kuboku qazanıb.

Chosen
85
12
idmanxeber.az

10Sources