EN

Tramp administrasiyası 48 xarici diplomatik nümayəndəliyin rəhbərini geri çağıracaq

Bakı, 23 dekabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın administrasiyası Asiya, Afrika, Şərqi Avropa, Mərkəzi və Cənubi Amerika ölkələrində fəaliyyət göstərən 48 səfiri geri çağırmaq qərarına gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Post” öz mənbələrinə istinadla məlumat yayıb.

Qəzet ABŞ Dövlət Departamentinin sözçüsündən sitat gətirir: “Bu, istənilən administrasiya üçün standart prosedurdur. Səfir prezidentin şəxsi nümayəndəsidir və prezidentin həmin ölkələrdə “Amerika birinci” gündəliyini təbliğ edən şəxslərin fəaliyyət göstərməsini təmin etmək səlahiyyəti var”.

Nəşrin qeyd etdiyinə görə, Tramp administrasiyası hələ də ABŞ-ın əsas tərəfdaşları olan bəzi ölkələrdə daimi diplomatik nümayəndəlik rəhbərləri təyin etməyib. Xüsusilə Avstraliya, Almaniya, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Koreya və Ukraynada ABŞ səfirləri hazırda yoxdur.

Daha əvvəl “Associated Press” agentliyi Tramp administrasiyasının təxminən 30 xarici nümayəndəlikdə yüksək vəzifələr tutan bir sıra karyera diplomatlarını geri çağırmaq qərarına gəldiyini bildirmişdi. Agentliyin məlumatına görə, 29 xarici nümayəndəliyin rəhbəri yanvar ayında hazırkı vəzifələrində səlahiyyət müddətlərinin başa çatacağı barədə rəsmi bildiriş alıb. Agentliyin qeyd etdiyinə görə, diplomatlar istədikləri təqdirdə Vaşinqtona qayıdaraq yeni təyinatları qəbul edə bilərlər.

Chosen
91
12
azertag.az

10Sources