EN

Sabah Premyer Liqada 2025/2026 mövsümünün qış çempionu oldu

Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Sabah" Misli Premyer Liqasında 2025/2026 mövsümünün "qış çempionu" olub.

 "Bayquşlar" bu uğura XVI turun və 2025-ci ilin son oyununda "Sumqayıt"a qalib gəlməklə imza atıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşma paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə bitib.

Qonaqların qollarını Velko Simiç (26, 50) və Keffel Resende (60-avtoqol) vurublar. Meydan sahiblərindən isə Ronaldo Vaskez (66) fərqlənib.

"Sabah" 37 xalla mövsümün ilk yarısını lider kimi başa vurub. "Gənclik şəhəri" təmsilçisi 27 xalla dördüncüdür.

Qeyd edək ki, bu turda "Turan Tovuz" "Kəpəz"i (2:0), "Neftçi" "Karvan-Yevlax"ı (2:1), "Qarabağ" "Qəbələ"ni (2:1), "Araz-Naxçıvan" "Şamaxı"nı (2:0) məğlub edib. "Zirə" - "İmişli" oyununda isə qol vurulmayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
29
5
qaynarinfo.az

6Sources