EN

Azərbaycan İspaniya iqtisadiyyatına investisiya qoyuluşunu iki dəfəyə yaxın artırıb

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın İspaniyaiqtisadiyyatına birbaşa xarici investisiyalarının həcmi 50,982milyon ABŞ dolları təşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,7milyon dollar və ya 1,8 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində İspaniyayayatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 2,5% təşkiledib.

2024-cü ilin ilk 9 ayı ərzində Azərbaycandan sözügedən ölkəyəbirbaşa xarici investisiyaların ümumi həcmi 28,234 milyon dollarabərabər olmuşdu.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəkigöstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artımdeməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya47,7% çoxdur.

Məqalədə:
Chosen
25
26
az.trend.az

10Sources