Azərbaycan və Türkiyə üçüncü ölkələrə sərmayə qoyulması sahəsində əməkdaşlıq etməyi hədəfləyir.
"Cebheinfo.az" xəbər verir ki, bunu Türkiyə vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.
Cevdet Yılmaz deyib ki, bu, Birgə Hökumətlərarası Komissiyanın yeni Fəaliyyət Planında əksini tapacaq:
“Üçüncü ölkələrdə sərmayə qoyulması, xidmət sahələrinə əməkdaşlığın təmin edilməsi bu gün imzalanacaq Fəaliyyət Planında əksini tapacaq”.
"Cebheinfo.az"