2025-ci ilin 9 ayında Azərbaycandan Çinə fiziki şəxslərin pul köçürmələr 5.43 mln. dollara enib.
Bunu Azərbaycan Mərkəzi Bankı xəbər verir. Halbuki, 2024-cü ilin eyni dövründə Çinə göndərilən pul baratlarının həcmi 9.93 mln. dollar olduğu olumşdu.
Nəticədə illik müqayisədə 4.50 mln. dollar və ya 45.3% azalma baş verib.
Qeyd edək ki, 2025-ci ilin 9 ayında xaricdən Azərbaycana daxil olan pul baratlarının həcmi 849.91 mln. dollar təşkil edib. 2024-cü ilin eyni dövründə bu göstərici 848.51 mln. dollar idi. Beləliklə, illik müqayisədə 1.40 mln. dollar və ya təxminən 0.2% artım qeydə alınıb.
Eyni zamanda, 2025-ci ilin 9 ayında Azərbaycandan xaricə köçürülmüş pul baratlarının ümumi həcmi 361.36 mln. dollar olub. 2024-cü ilin eyni dövründə bu məbləğ 408.28 mln. dollar təşkil edirdi. Nəticədə 46.92 mln. dollar və ya 11.5% azalma baş verib.
Beləliklə, 2025-ci ilin 9 ayında xalis pul axını 488.55 mln. dollar səviyyəsinə çatıb. 2024-cü ilin eyni dövründə bu göstərici 440.22 mln. dollar idi. Yəni xalis daxilolma 48.33 mln. dollar və ya təxminən 11.0% artıb.