ATV-də yayımlanan "Bizimləsen" verilişində bu dəfə də gərgin anlar yaşanıb.
Publika.az xəbər verir ki, proqramın ekspertləri arasında söz müharibəsi baş verib və sözləri bir-birinin boğazından keçməyib.
Hadisə bloqer Sevincin efirə üz tutan şikayətini günahlandırması ilə başlayıb. Müğənni Taleh isə Sevincin sözlərinə qarşı çıxaraq onunla söz savaşı aparıb. Gərginlik o həddə çatıb ki, efirdə tərəflərin mikrofonları bağlanıb.
Veriliş zamanı yaşanan söz mübahisəsi sosial şəbəkələrdə izləyicilər arasında da müzakirələrə səbəb olub.