xəbər verir ki, bununla belə, “Politico” nəşri bütün əlamətlərə görə bu məsələdə real gücünRusiyanın əlində olduğunu iddia edir.
“Budapeşt memorandumunun uğursuzluğunu nəzərə alsaq, Ukrayna prezidenti Volodimir Zelenski hazırkı danışıqlarda bir neçə vacib məqama diqqət yetirməlidir”,- qəzet yazır.
Əvvəla, bildirilir ki, Ukrayna prezidenti etibarlı təhlükəsizlik təminatları müqabilində ölkəsinin AzVision.az NATO-ya üzvlük istəklərindən əl çəkməyə hazırdır. Eyni zamanda, bu zəmanətlərin 1000 kilometr mənzilli “Tomaqavk” qanadlı raketlərinin çatdırılmasını nəzərdə tutacğına ümid bəslənilir. Bu isə, Ukraynaya Rusiyanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə imkan verəcək, Kremli potensial hərbi əməliyyatları bərpa etməkdən çəkindirəcək.
Bununla yanaşı, Zelenski haqlı şəkildə düşünür ki, yalnız icra hakimiyyətinin imzaladığı Budapeşt Memorandumundan fərqli olaraq, hər hansı cari öhdəlik ABŞ Nümayəndələr Palatası və Senat tərəfindən ratifikasiya edildikdən və prezidentin təsdiqləməsindən sonra hüquqi qüvvəyə malik olacaq.
Məhz belə formal ratifikasiya Ukraynanın təminatlarını ABŞ-nin Yaponiya və Cənubi Koreya kimi ölkələrlə bağladığı digər ikitərəfli təhlükəsizlik müqavilələri ilə bərabər tutacaq.
- Beləliklə, əgər rəsmi ratifikasiya məsələsinə baxılsa, Zelenski ümid bəsləyəcək ki, bu, Ukraynaya gələcək Konqresə təsir imkanları verəcək, güclü və vahid dəstəyin qalmasını təmin edəcək”,- nəşr vurğulayır.
Lakin “Politico” hətta bu varinatda da risklərin olduğuna diqqət çəkir. Məsələn, bu yay NATO-nun Haaqa sammitinə uçarkən təyyarədə Donald Tramp haqlı olaraq“5-ci maddənin çoxlu təfsirləri var” ifadəsini işlədib.Həqiqətən də, 5-ci maddə müxtəlif cür yozula bilər. Bu maddə Biləşmiş Ştatların avtomatik şəkildə Avropa qitəsində üçüncü böyük müharibəyə cəlb olunmasının qarşısını almaq üçün qəsdən belə tərtib edilib.
“Buna görə də ABŞ-nin onu Ukraynaya birbaşa müdaxiləyə məcbur edə biləcək təminatların olub-olmayacağı sual altındadır. Xüsusən də, Vaşinqtonun 2022-ci ildən bəri Ukraynanın NATO-ya üzvlüyünə gedən yolunu davamlı olaraq bağladığını və müharibədə birbaşa iştirakdan yayınmağı üstün tutduğunu nəzərə alsaq bu, daha aydın şəkildə özünü göstərir”, - qəzet yazır.
Üstəlik, ABŞ və Rusiya arasında ikitərəfli təmaslar Avropa və Ukrayna danışıqlarına paralel şəkildə davam etdikcə, kimlərsə tərəfindən bəyənilməməsinə baxmayaraq, Rusiya prezidenti Vladimir Putinin mövqeyinin istər-istəməz önəmli olacaq.
Sahil İsgəndərov
AzVision.az