EN

"Real" azarkeşləri: Vinisius getsin!

style='margin-bottom:10px;'>

İspaniyanın "Marca" nəşrinin keçirdiyi sorğuya əsasən, “Real” azarkeşlərinin böyük əksəriyyəti Vinisius Juniorun klubdan ayrılmasının ən doğru qərar olacağını düşünür.

QOL.az xəbər verir ki, sorğuda iştirak edən fanatların 86 faizi braziliyalı hücumçunun “Real”dakı mövqeyinin artıq ciddi şəkildə zədələndiyini və onun satılmasının məqsədəuyğun olduğunu bildirib.

25 yaşlı futbolçu ətrafında qalmaqal La Liqanın 17-ci turunda “Real”ın “Sevilya” üzərində 2:0 hesablı qələbəsi ilə başa çatan oyundan sonra yaşanıb. Görüşün sonlarında əvəzlənən Vinisius tribunalar tərəfindən fitə basılıb. Bundan sonra futbolçunun sosial şəbəkələrdə profil şəklini Braziliya millisinin forması ilə dəyişməsi vəziyyəti daha da gərginləşdirib.

Cari mövsümdə Vinisius Junior “Real”ın heyətində bütün turnirlərdə 24 oyuna çıxıb, 5 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Chosen
28
2
teleqraf.com

3Sources