EN

Xocalının Badara, Daşbulaq, Ağdərənin Vəngli və Kolatağ kəndlərinə növbəti köç karvanı yola salınıb

ain.az, Operativmedia portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Dekabrın 22-də respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalı rayonunun Badara, Daşbulaq, Ağdərənin Kolatağ və Vəngli kəndlərinə yola salınıb.

Operativ Media xəbər verir ki, bu mərhələdə Daşbulaq kəndinə 4 ailə - 11 nəfər, Badara kəndinə 15 ailə - 66 nəfər, Vəngli kəndinə 6 ailə - 14 nəfər, Kolatağ kəndinə isə 7 ailə - 31 nəfər köçürülür.

Keçmiş məcburi köçkünlər uzun illərdən sonra yurdlarına qayıdışı böyük məmnunluq və sevinc hissi ilə qarşılayıblar. Ailələr hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
51
3
operativmedia.az

10Sources