EN

Trampın Qrenlandiya üzrə xüsusi nümayəndəsi olacaq

AzVision.az xəbər verir ki, bununla bağlı Amerika lideri özünün “Truth Social” social şəbəkəsində payıaşım edib.

“Mən Luiziana ştatının əla qubernatoru Ceff Lendrini Birləşmiş Ştatların Qrenlandiya üzrə xüsusi elçisi təyin etdiyimi açıqlamaqdan məmnunam. Lendri ABŞ-nin milli təhlükəsizliyi üçün Qrenlandiyanın əhəmiyyətini dərk edir. Əminəm ki, mənim yeni xüsusi nümayəndəm ABŞ-nin maraqlarını qətiyyətli şəkildə müdafiə edəcək”,- Donald Tramp yazıb.

Vaşinqtonun Qrenlandiyada məxfi cəhdləri
Xatırladaq ki, bu ilin yanvar ayında Ağ Evin rəhbəri Danimarkaya Qrenlandiyanı ABŞ-yə satmağı təklif etmişdi. Danimarkanın baş naziri Mette Frederiksen isə ərazinin satılmadığı barədə sərt cavab verib.

Bundan sonra, martın əvvəlində Donald Tramp ada sakinləriin öz müqəddəratını təyinetmə hüququnu dəstəkləyib. O, ABŞ-nin adanı öz tərkibinə qəbul etməyə hazır olduğunu bildirib.

- Vaşinqton Qrenlandiyaya strateji əhəmiyyətli ərazi kimi baxır və onun inkişafına sərmayə qoymağa hazırdır”,- Amerika lideri deyib.

Elə həmin ay Donald Tramp adanın ilhaqı təşəbbüsünün uğurla həyata keçəcəyinə tam əminliyini ifadə edərək, bunun 100% ehtimal olunduğunu vurğulamışdı.

Avqustun sonlarında isə səkkiz mənbəyə istinad edən “Danmarks Radio (DR)” radiostansiyası prezident Donald Trampla əlaqəsi olan ən azı üç amerikalının Qrenlandiyada gizli təsir əməliyyatları həyata keçirdiyi barədə məlumat yaymışdı.

Sahil İsgəndərov
AzVision.az

Chosen
33
2
azvision.az

3Sources