EN

Dünyanın ən böyük AES-i yenidən işə salınacaq

Britaniyanın "Reuters" xəbər agentliyi öz mənbələrinə istinadənməlumatyayıb ki, stansiyada bütün lazımi təhlükəsizlik yoxlamaları aparılıb, qoruyucu mexanizmlər təkmilləşdirilib. Beləliklə, AES-in yerləşdiyi Niiqata prefekturunun qubernatoru Hideyo Hanazumi stansiyanın yenidən işə salınmasına icazə verib. Onun sözlərinə görə, yeni təhlükəsizlik tədbirləri ən sərt standartlara cavab verir:

"AES-in fəaliyyəti regionun davamlı inkişafı istiqamətində zəruridir. Hazırda"Tokyo Electric Power Company"şirkəti stansiyanın açılışı üçün hazırlığı başa çatdırmaq üzrədir".

Xatırladaq ki, 2011-ci il martında Yaponiyada meydana gəlmiş güclü zəlzələ və sunami hadisəsi nəticəsində"Fukuşima-1"atom elektrik stansiyasındaqəzabaş vermiş, beləliklə, təhlükəsizlik tədbirləri çərçivəsində "Kaşivazaki-Kariva" AES-də də bütün əməliyyatlar dayandırılmışdı.

Firudin Həmidli
AzVision.az
Chosen
13
1
azvision.az

2Sources