EN

Türkiyə Pakistan ittifaqı İsrailə qarşı?!

ain.az, Azvision portalına istinadən məlumat verir.

ABŞ-də fəaliyyət göstərən "Algemeiner Journal" yəhudi analitik jurnalı öz mənbələrinə istinadən yazır ki, sözügedən müqavilə Türkiyə-Pakistan ittifaqının formalaşması, Türkiyənin tarixdə ilk dəfə Hind okeanında hərbi mövcudluq əldə etməsi deməkdir: "Beləliklə, Türkiyə həmin regionda bütün gəmilər, o cümlədən Qırmızı dənizdən keçib İsrailə gedən təchizat marşrutları üzərində potensial təsir imkanı qazanacaq. Bu vəziyyət İsrailin iqtisadiyyatına qarşı mənfi təsir riski daşıyır".

Jurnalın iddiasına görə, müqavilənin hesabına Türkiyə-Pakistan hərbi əməkdaşlığı da tədricən qurula bilər. Bu əməkdaşlıq çərçivəsində Pakistanın nüvə proqramı da Türkiyə üçün qismən əlçatan gala gələcək: "Ankara gələcəkdə İslamabada maliyyə dəstəyi göstərməklə, siyasi müdafiə təminatı verməklə İsrailə qarşı ikinci nüvə mərkəzini ərsəyə gətirə, regionda "nüvə balansı" yarada bilər". "Algemeiner Journal" yazır ki, Ankara-İslamabad yaxınlaşması fonunda Türkiyənin öz nüfuz dairəsini şərqə doğru genişləndirməsi hələ ki NATO alyansının diqqətində deyil: "Bu məqam narahatlıq doğurur. Söhbət Türkiyənin pilotsuz uçuş aparatı (PUA) texnologiyasının Pakistan Ordusuna inteqrasiyasından gedir. Bu o deməkdir ki, NATO çərçivəsində ərsəyə gətirilmiş silah-sursat onun sərhədlərindən kənarda işlədilə bilər. Bu mənzərə göstərir ki, anti-İsrail və anti-Qərb mövqeyinə malik yeni "sünni bloku" formalaşmaqdadır". Firudin Həmidli

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
1
azvision.az

2Sources