Bir neçə gün əvvəl sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Əli Mahmudovun Nizami Tibb Mərkəzinin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin edilməsi ilə bağlı xəbər yayımlamışdıq.
Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, xəbər ictimailəşdikdən sonra Ə.Mahmudov işdən çıxarılıb. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Hələlik Əli Mahmudovun yerinə təyinat yoxdur.