Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.
Yer kürəsində ən aşağı temperatur bu günlərdə Rusiyanın Saxa-Yakutiya bölgəsində, Pokrovsk şəhərində, Krest-Xalicai kəndində qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzi məlumat yayıb.
Suxan meteoroloji stansiyası Pokrovskda -51,7 dərəcə Selsi qeydə alıb. İkinci yerdə Suxanda -49,4 dərəcə, üçüncü yerdə isə Krest-Xalicaidə -48,7 dərəcə Selsi qeydə alınıb.
Qeyd edək ki, bu günlərdə planetimizdə ən isti temperatur Cənubi Afrika və Avstraliyada qeydə alınıb: müvafiq olaraq +44,1 və +42,6 dərəcə Selsi.
Ağarza Elçinoğlu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.