Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Dekabr ayının 22-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti cüzi artıb.
"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası son 24 saatda “CoinMarketCap” platformasında 0.82% bahalaşaraq 88 819 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 1.76% artaraq 3027 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 0.84% bahalaşıb, BNB isə 0.25% ucuzlaşıb.
Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti bu ilin oktyabr ayında qeydə alınıb və qiyməti 126 min dolları ötüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.