EN

Ölənə kimi hər həftə 1000 dollar alacaq

Metbuat saytına istinadən ain.az xəbər verir.

Dünyada hamı Kanadada yasayan 20 yaşlı qıza bəxtəvərlik verir. Brenda Aubin-Vega "Poz qazan" lotereyasında 1 milyon dollar qazanıb.

Metbuat az xarici mediaya istinadla xəbər verir ki, şanslı gənc lotereyada udduğu 1 milyon dolları nəğd götürməkdən imtina edib. O, atası ilə məsləhətləşəndən sonra həftədə 1000 dollar almağa qərar verib. "Əvvəl gözlərimə inanmadım. Əlimdəki lotereyaya bir də baxdım. Bəli, bəxt üzümə gulmusdu!", - bəxtəvər Brenda belə deyib.

Şanslı qız 1 milyon dolların onu və ailəsini yoldan çıxaracağından ehtiyatlandığı üçün az məbləğlə kifayətləndiyini deyib: "Biz heç vaxt bu qədər pulu bir yerdə görməmişik. Az olsun, həmişə olsun", - lotereya qalibi olan Brenda Aubin- Vrenga qərarını belə əsaslandırıb.

Mütəxəssislər kanadalı gəncin qərarını "ağıllı seçim" adlandırıblar. Onlar Brendanın lotereyada qazandığı pulun faizi hesabına ömrünün sonuna kimi rahat yaşayacağını bildiriblər.

Qeyd edək ki, Brenda Aubin-Vrenga 39 yaşına çatanda onun almış olduğu məbləğ 1 milyon, 80 yaşına çatanda isə 3,1 milyon dollar təşkil edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
48
4
metbuat.az

10Sources