EN

Bakıda ağır qəza - 19 yaşlı gənc öldü

Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, 19 yaşlı gənc ölüb.

 

Modern.az xəbər verir ki, 77-GK-835 dövlət nömrə nişanlı “Hammer” və 99-TY 561 dövlət nömrə nişanlı “Opel” markalı minik avtomobilləri toqquşub.

 

Hadisə nəticəsində “Opel” avtomobilində olan 19 yaşlı sərnişinin öldüyü bildirilir, xəsarət alan var.

 

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

 

Araşdırma aparılır.

Chosen
23
13
modern.az

10Sources