EN

Paşinyan Rusiyaya səfər edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 21–22-də Rusiya Federasiyasına işgüzar səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.

Səfər çərçivəsində Nikol Paşinyan dekabrın 21-də Sankt-Peterburqda keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.

Dekabrın 22-də isə Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək.

Chosen
202
5
apa.az

10Sources