EN

Asif Əsgərov şəhid ailəsini ziyarət edib və vətəndaş qəbulu keçirib - FOTOLAR

Seçicilərlə mütəmadi görüşlər çərçivəsində Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunda vətəndaş qəbulu keçirib.

"Unikal" xəbər verir ki, millət vəkili əvvəlcə Vətən uğrunda şəhid olmuş Turan Məhərrəmovun ailəsini ziyarət edib. Görüş zamanı şəhid ailəsinin qayğıları ilə maraqlanılıb, onları narahat edən məsələlər dinlənilib. Qeyd olunub ki, şəhidlərimizin əziz xatirəsi daim uca tutulur, onların ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindəndir.

Daha sonra Yengiyan kəndində növbəti vətəndaş qəbulu təşkil olunub. Qəbulda YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, kənd icra nümayəndəsi, bələdiyyə sədri və məktəb direktoru da iştirak ediblər. Vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən sosial problemlər, işsizlik və yol infrastrukturu ilə bağlı olub.

Bəzi məsələlər yerindəcə araşdırılaraq operativ şəkildə həll edilib, həlli mümkün olmayan müraciətlər isə aidiyyəti qurumlara yönləndirilib və nəzarətə götürülüb. Vətəndaş müraciətlərinin həllinin daim diqqət mərkəzində saxlanılacağı bildirilib. Müraciətlərə əsasən bir sıra aztəminatlı ailələrə maddi yardım da göstərilib.

Sonda həm şəhid ailəsi, həm də vətəndaş qəbulunda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Birinci vitse-prezidentə dərin minnətdarlıqlarını ifadə ediblər.

Chosen
82
4
unikal.az

5Sources