EN

Mbappe Ronaldonun rekorduna şərik çıxdı, qolu onun kimi qeyd etdi – Video


İspaniya çempionatının 17-ci turunda “Real Madrid” doğma meydanında “Sevilya” ilə qarşılaşıb.
Yeniavaz.com
xəbər verir ki, Xabi Alonsonun rəhbərlik etdiyi komanda 2:0 hesabı ilə qalib gəlib.
38-ci dəqiqədə ingilis yarımmüdafiəçisi Cud Bellinqem topu başla qapıya göndərib. 86-cı dəqiqədə isə fransız hücumçusu Kilian Mbappe penalti zərbəsini dəqiq yerinə yetirib.
Bununla da Mbappe 2025-ci ildə “Real Madrid” forması ilə vurduğu qolların sayını 59-a çatdırıb və Kriştianu Ronaldonun rekorduna şərik çıxıb. O, qolu da Ronaldoya xas formada qeyd edib.
Qeyd edək ki, “Real Madrid” hazırda 42 xalla ikinci, “Sevilya” isə 20 xalla doqquzuncu yerdədir. Turnir cədvəlinə 43 xalla “Barselona” liderlik edir.
Chosen
21
1
yeniavaz.com

2Sources