EN

Onkoloq xəbərdarlıq edir: Şirin içkilər xərçəng riskini artırır

Şirin qazlı içkilərin tez-tez qəbul edilməsi yoğun bağırsaqda poliplərin yaranması və xərçəng riskinin artması ilə əlaqələndirilir.

Milli.Az xəbər verir ki, rusiyalı onkoloq Sergey İvanov bildirib ki, bu tip içkilərin müntəzəm istifadəsi bağırsaqlara həddindən artıq fruktoza və sürətli karbohidratlar ötürür. Həkimin sözlərinə görə, fruktozanın bir hissəsi nazik bağırsaqda mənimsənilmir və birbaşa yoğun bağırsağa keçir.

O qeyd edib ki, bu proses bağırsaqda bakteriyaların balansını pozur:

"Yoğun bağırsağa düşən fruktoza bəzi bakteriyalar üçün əlverişli mühit yaradır, nəticədə isə bağırsaq hüceyrələrini qoruyan faydalı bakteriyaların sayı azalır".

Onkoloq qeyd edib ki, aparılan tədqiqatlar zamanı xroniki iltihabla əlaqəli bakteriya növlərinin artdığı, qoruyucu mexanizmləri dəstəkləyən mikroorqanizmlərin isə azaldığı müşahidə olunub. Sergey İvanov bu dəyişikliklərin uzunmüddətli dövrdə xərçəngin inkişafına zəmin yaradan zəncirvari prosesin bir hissəsi ola biləcəyini vurğulayıb.

Həkim mütəxəssislər tərəfindən qazlı, şəkərli içkilərin istehlakının məhdudlaşdırılmasının sağlamlıq baxımından vacib hesab edildiyini də əlavə edib.

Asya
Milli.Az 

Chosen
28
4
milli.az

10Sources