EN

Adil Kərimli Qətərin Milli Günü ilə bağlı tədbirlərdə I FOTO

Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qətər Dövlətinin Milli Təntənəli Tədbirlər Komitəsinin təşkilatçılığı ilə 18-20 dekabr tarixlərində Ummu Salal Məhəmməd rayonundakı Darbu Səin iqamətgahında keçirilən Milli Gün tədbirləri bu il “Səninlə birlikdə yüksəlir və səndən gözləyir” şüarı altında gerçəkləşib. Tədbirlər çərçivəsində Qətər Dövlətinin tarixi, milli dəyərləri, mədəni irsi və müasir inkişaf mərhələsini əks etdirən geniş proqram təqdim olunub. Rəsmi proqram zamanı Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında mədəni əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Qətər Dövlətinin mədəniyyət naziri Əbdürrəhman bin Hamad əl-Tani göstərilən diqqət və ehtirama görə Azərbaycan tərəfinə təşəkkürünü bildirərək iki ölkə arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Qeyd edək ki, Qətər Dövlətinin Milli Günü ölkənin dövlətçilik tarixinin, milli birliyinin və mədəni kimliyinin təcəssümü olmaqla yanaşı, hər il beynəlxalq qonaqların iştirakı ilə yüksək səviyyədə qeyd olunan mühüm dövlət bayramıdır. AzVision.az

Qalereya

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
44
8
azvision.az

9Sources