EN

“TikTok pozğunluqdur” - Nadirdən sərt sözlər

"Sosial şəbəkənin nə yaxşı tərəfi var? Hansı müasirlikdən danışırsınız? Müasirlik TikTok-da, sosial şəbəkədə pozğunluğu təbliğ etmək deyil. TikTok pozğunluqdur. Bunu müasirliklə əlaqələdirməyin".

 

Bu sözləri müğənni Nadir Qafarzadə "Günə uğurla" verilişində deyib. Sənətçi sosial şəbəkələri tərbiyəsizlik adlandırıb:

 

"Mahnıya qulaq asan yoxdur. Mahnı qoymuşam, 7 min baxış gəlib. Nəvəmlə foto qoymuşam, 2 milyon baxılıb. Sənət lazımdır? Biri çıxıb buna "stop" deməlidir. TikTok tərbiyəsizlərini xalqın gözünə soxursunuz, tanıdırsınız"./Axşam.az

Tarix: 20 Dekabr 2025, 18:55   
Chosen
38
10
pravda.az

10Sources