EN

Yuri Vernidub: “Karvan”a daha çox qol vurmalı idik” – ARENA.AZ

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş oyununda paytaxt təmsilçisi 2:1 hesablı əzmkar qələbəyə sevinib.

Yuri Vernidub qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyunu iki hissəyə bölərdim. İlk yarıda oyunçular sürəti və intensivliyi göstərə bilmədilər. Əslində “Karvan”ın da elə ciddi fürsətləri olmadı. Son dəqiqələrdə biz onlar üçün penalti yaratdıq. İkinci hissə tam başqa idi. İlk dəqiqələrdən görürdük ki, rəqib vaxt aparmağa çalışır. Bunu başa düşdük və hücum etməyə başladıq. Nəticədə 2 qol vurduq. Düşünürəm ki, daha çox qol vurmalı idik. Çünki bir neçə yüz faizli qol vəziyyətləri yaratdıq.

Ukraynada süni örtüklü meydançada futbol oynamağa icazə verilmir. Azərbaycanda isə bu, normaldır. Bu gün hər iki komanda eyni şəraitdə oynayırdı. Amma biz təbii örtüklü meydançada məşq edirik. Təklif var idi ki, oyundan bir gün əvvəl gəlib burada məşq edək. Amma mən bununla razılaşmadım. Çünki məşq zamanı futbolçuların zədə almaq ehtimalı var. Ona görə də belə qərar verdik.

Vensan Abubakar dünya futbolunun ulduzudur. Mənim ona heç bir sualım yoxdur. O, “Neftçi”yə mövsümün ortasında gəlib. Həmin vaxt fiziki durumunun hansı vəziyyətdə olduğunu bilmirəm. Nəyin yaxşı, nəyin pis olduğunu bilmək üçün təlim-məşq toplanışına ehtiyac var”.

Chosen
22
5
arena.az

5Sources