EN

Köç karvanı Xankəndinin Kərkicahan qəsəbəsinə çatıb, açarlar təqdim olunub

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Bu gün doğma yurduna yola salınan köç karvanı Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə çatıb.Demokrat.az xəbər verir ki, köç edən ailələrə mənzillərin açarları təqdim edilib.Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.***

12:38Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə dekabrın 20-də ilk köç karvanı yola salınıb.Demokrat.az "Report"a istinadla xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.Qeyd edək ki, bu mərhələdə Kərkicahan qəsəbəsinə 30 ailə (115 nəfər) köçür. Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
57
3
demokrat.az

10Sources