EN

Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub

Bakı. Trend:

Dekabrın 20-də Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç baştutdu. Uzun illər məcburi köçkün həyatı yaşayan sakinlər bu gündoğma yurdlarına qayıtdılar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikintivə İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-in Qarabağ bürosunaverilən məlumata görə, ilkin mərhələdə 117 nəfərdən ibarət 30 ailəKərkicahana köçürülüb.

Uzun illərin həsrətindən sonra Xankəndi, Kəkicahan qəsəbəsi özsakinlərini qarşıladı. Mərasim Dövlət Himnimizın səslənməsi iləbaşlayıb. Torpaq uğrunda canından keçmiş şəhidlərimizin əzizxatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra Xankəndi şəhəriNizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin şagirdlərininifasında Xarıbülbül rəqsi, “Qarabağdan Turana”, “Millətim” “ Zəfərsədası” mahnıları “Tarix yazan sərkərdə” şeri ifa olunub.

Rəsmi hissədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarındaAzərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi ElçinYusubov çıxış edib. Yeni mənzillərin açarlarını sakinlərə təqdimedən E. Yusubov, bu əlamətdar tarix münasibəti ilə onları təbrikedib, doğma torpaqda firavan günlər yaşamalarını arzulayıb. E.Yusubov bildirib ki, uzun illərdən sonra Kərkicahana həyat yenidənqayıdır və bu qayıdış təkcə köç deyil — yarımçıq qalan həyatındavamı, 34 illik köçkünlüyün sonu, yeni mərhələnin başlanğıcıdır.E. Yusubov onu da qeyd edib ki, sakinlərin öz doğma yurdunda rahatyaşamaları üçün hər cür şərait yaradılıb. Yaşayış evləri və zəruriinfrastruktur bərpa olunub. Sakinlər də sevinclərini bölüşüb, buxoşbəxt günü onlara yaşadanlara təşəkkür ediblər.ANAMAmütəxəssisləri də sakinlərlə maarifləndiri söhbətlər aparıb,şübbəli əşyalar gördükdə uzaq durmalarını tövsiyyə ediblər.

Xatırladaq ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsiazərbaycanlıların kompakt yaşadığı nadir yaşayış məntəqələrindənbiri olub. Qəsəbədə ilk məskunlaşma XVIII–XIX əsrlərdə Qarabağxanlığı dövründə formalaşıb. Sovet dövründə (1923-cü ildən sonra)Xankəndi vilayət mərkəzinə çevrildikdən sonra Kərkicahanazərbaycanlıların kompakt yaşadığı qəsəbə kimi tanınıb. 28 dekabr1991-ci ildə Kərkicahan qəsəbəsi Ermənistan Silahlı Qüvvələritərəfindən işğal edilib. 19–20 sentyabr 2023-cü ildə həyatakeçirilən lokal antiterror əməliyyatlarından sonra Kərkicahanqəsəbəsi Azərbaycan Ordusunun nəzarətinə keçib.

Chosen
26
11
az.trend.az

10Sources