EN

Azərbaycan şirkətləri Sinqapura pul yatırmağa başlayıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın Sinqapur iqtisadiyyatına birbaşa xarici investisiyalarının həcmi 13,210 milyon ABŞ dolları təşkil edib.

FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı bildirir. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,528 milyon dollar və ya 2,3 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Sinqapura yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,6% təşkil edib.

2024-cü ilin ilk 9 ayı ərzində Azərbaycandan sözügedən ölkəyə birbaşa xarici investisiyaların ümumi həcmi 5,682 milyon dollara bərabər olmuşdu.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım deməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya 47,7% çoxdur. (Trend)

Chosen
20
20
fed.az

10Sources