AFFA Misli premyer-liqası, 1-ci liqa, liqalarda iştirak edən akademiyalar və digər komandaların nümayəndələri ilə görüş keçirib.
"Football-plus.az" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində baş tutan görüşdə klub rəsmiləri ilə yanaşı, milli assosiasiyanın baş katibinin müavini Elçin Məmmədov və Yarışların Təşkili Departamentinin əməkdaşları iştirak ediblər.