EN

ABŞ kəşfiyyatına bağlı 6 mənbə təsdiqlədi: Putin bütün keçmiş SSRİ məkanını işğal etmək niyyətindədir...-"REUTERS"

ABŞ kəşfiyyat hesabatları göstərir ki, Rusiya prezidenti Vladimir Putin yalnız Donbas, Xerson bölgəsi və Zaporojye ilə məhdudlaşmağı planlaşdırmır. O, bütün Ukraynanı istəyir və təkcə  bununla da kifayətlənmir. O, bütün keçmiş Sovet İttifaqı ərazilərini Moskvanın sapoqları altına qaytarmağı planlaşdırır. 
 
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, "Reuters" bu barədə ABŞ kəşfiyyatı ilə tanış olan 6 mənbəyə əsasən məlumat yayıb.
 
Nəşr qeyd edir ki, kəşfiyyat hesabatları ABŞ prezidenti Donald Tramp və onun komandasının təsvir etdiyi mənzərədən kəskin şəkildə fərqlənir: Ukraynada tez bir həll yolu axtararkən, onlar ictimaiyyətə guya Putinin sülh istədiyini elan edirlər.
 
"Reuters" mənbələrindən birinin məlumatına görə, ən son kəşfiyyat hesabatı sentyabrın sonlarına təsadüf edir və Rusiyanın Ukraynaya tammiqyaslı işğalından bəri onun nəticələri əsaslı şəkildə dəyişməyib. Onlar əsasən Avropa kəşfiyyat agentlikləri ilə uyğun gəlir: Kreml bütün Ukraynanı, eləcə də hazırkı NATO üzvləri də daxil olmaqla, digər keçmiş Sovet bloku ölkələrinin ərazilərini istəyir. 
 
"Kəşfiyyat həmişə Putinin daha çox şey istədiyini göstərib. Avropalılar buna əmindirlər. Polyaklar buna tamamilə əmindirlər. Baltikyanı ölkələr özlərini Rusiya işğalı üçün ilk növbədə görürlər", - deyə Demokrat və Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin üzvü Mayk Kuigli "Reuters" agentliyinə bildirib.
 
"Reuters"-in qeyd etdiyi kimi, Ağ Evin Putinin planları haqqında nə düşündüyü hələ tam aydın deyil. ABŞ dövlət katibi Marko Rubio bu gün keçirilən mətbuat konfransında reallığın etirafına bənzər bir şey səsləndirib.
 
"Putinin razılaşma əldə etmək istəyib-istəmədiyini, yoxsa Putinin bütün ölkəni ələ keçirmək istəyib-istəmədiyini bilmirəm. Bunlar onun açıq şəkildə danışdığı şeylərdir. Müharibə başlayanda əvvəlcə nəyə nail olmaq istədiklərini bilirik. Onlar bu məqsədlərə çatmayıblar", - deyə o bildirib.
 
S.Laçın
Chosen
20
50
moderator.az

10Sources