EN

Kamçatkada 4,6 maqnitudalı zəlzələ qeydə alınıb

Kamçatka diyarında 4,6 maqnitudalı zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Petropavlovsk-Kamçatski şəhərindən 207 kilometr məsafədə qeydə alınıb.

Zəlzələnin episentri 41,6 kilometr dərinlikdə yerləşib.

Chosen
68
30
apa.az

10Sources